• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 16.01.2019 13:15

Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

KepezTV Player

Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb)) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan vətəndaşına məxsus "Mercedes" markalı maşında aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub. Avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb. Gömrük baxışı zamanı salonda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 28 ədəd 1 litrlik spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.