Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.01.2019 13:19
Sahildə top mərmisi tapıldı
KepezTV Player
Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində mərmi tapılıb. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları ərazidə dəniz sahilinə baxış keçiriblər. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-9) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 516
