• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 15.01.2019 16:44

Samuxda ziyanvericilərə qarşı Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən tədbirlərə başlayıb

KepezTV Player

Havanın mülayim, şaxtasız keçməsi Samuxda əkin yerlərində gəmiricilərin çoxalmasına səbəb olur. 1377 hektarda aşkarlanan ziyanvericilərə qarşı Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən tədbirlərə başlayıb.

Qoçəli Əliyev təsərrüfat sahibi: “12 hektar sahəm var, onun da 5 hektarı taxıldı. Onda da əsas ziyan verici var. Dərman gətiriblər, hamısına da təsir edir.”.

İsa Əsgərov təsərrüfat sahibi:  “60 hektar sahəyə taxıl əkmişəm. Müraciət etmişəm. Ziyanvercilərə qarşı dərmanla təmin edirlər”.

Samux rayon Bitki Mühafizə Mərkəzi 2019-cu ildə 5 min hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparıb. Nəticədə rayonun Qırmızı Samux qəsəbəsi, Alıuşağı, Zazalı, Sərkar kəndlərində sirayətlənmə aşkarlanıb. İqtisadi ziyanvurma hədd göstəricisi yuxarı olan 500 hektar ərazidə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə aparılıb. Eləcə də fermerlərə gəmiricilərə qarşı aldadıcı dərmanlar düzəldilərək paylanır və təhlükəzilik qaydaları barədə məlumat verlir.

Kamran Bayramov Samux Rayon Bitki Mühafizə Mərkəzinin rəisi:  “Əvvəlcə ərazilərdə müşahidələrimizi aparırıq və ərazimizi təyin edirik. O ərazilərdə də kimyəvi tədbirlərimizi keçiririk. İlkin mərhələdə elə ərazilərimiz var ki, aqro texniki mübarizələr tələb olunur. Həmin ərazilərdə aqrotexkini tədbirlər aparılır. Əgər iqdisadi ziyanvurma hədd göstəricisi aşağı olan ərazilərdisəonlara aqro texniki tədbirlər tövsiyyə olunur. Suvarılır və ondan sonra içəridə olan zərərvericilər tam məhv olur. Mübarizə apardığımız ərazilərdə, kəndlərdə kimyəvi mübarizəmizin səmərəliliyi 90-95 faiz olub”.

Samuxda mübarizə tədbirlərinin ayın sonuna kimi davam etdirilməsi planlaşdırılır.

Elnur Vahidoğlu