• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 15.01.2019 16:41

Şəmkirdə 160 aztəminatlı ailənin rifahı yaxışlaşdırılıb

KepezTV Player

Aztəminatlı ailələrin maddi rifahının yaxışlaşdırılması və onların məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən Özünəməşğulluq proqramından Şəmkirdə 160 ailə yararlanıb. Bu günə kimi 89 aktivlərin verilməsi təmin olunub, yerdə qalnaları isə növbəlilik əsasında veriləcək. Bununla da işsız və aztəminatlı ailələr fərdi təsərrüfatlarını və fərdi bizneslərini qurmaqla özünüməşğulluğa, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmağa nail olurlar. Özünəməşğulluq proqramı çərçivəsində rayonda uğur qazanan layihələrin 122-si kənd təsərrüfatının, 38-i isə istehsal və xidmət sahələrinin payına düşür.

Mətanət Fərzəliyeva - özünəməşğulluq proqramının iştiakçısı: “ 2 yanıbalalı inək verdilər biz çox sevindik. Ailəmiz çox uşaqlıdır və həyat yoldaşımda Qarabağ əlilidir. Mənim ailəmin,övladlarımın qatığı, südü təmin olunursa bunu özü bizim üçün böyük şeydir və ailə büdcəmizədə çox xeyri var. 

Kifayət Kazımova - özünəməşğulluq proqramının iştiakçısı: “Layihədə iştiak elədim və imtahanlarda uğur qazandım. Sonra mənə şirniyyat bişirilməsi və saxlanılması üçün avadanlıqlar verdilər. Mənədə ailəmin dolanması üçün istifadə edirəm. Müxtəlif şirniyyatlar bişiririəm, xəngəl,əriştə kəsirəm, peraşki bişirib ailəmi dolandırıram.