KepezTV Player
Budəfəki görüş şəhərin Məsəhəti qəsəbəsində baş tutub. Qəbulda vətəndaşların müxtəlif şikayət və təklifləri dinlənilib. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, şəxsi evlərin özəlləşdirilməsi, işlə təminat, yol, ictimai nəqliyyat və kommunal sahədə çatışmazlıqlar dilə gətirilib. Şəhər rəhbəri səslənən problemlərinin qısa müddətdə aradan qaldırılması, eləcə də təkliflərin araşdırılması üçün müvafiq göstərişlər verib.
- Baxış: 754