• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 15.01.2019 14:00

Nizami məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar

KepezTV Player

Gəncədə Nizami məqbərəsinin ərazisindən oğurluğa cəhd edənlər saxlanılıblar. Artezian quyusunun metal borusunun hissəsini oğurlamaq istəyən iki nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən elə cinayət başındaca yaxalanıb. Saxlanılan şəxslər Kəpəz Rayon Polis İdarəsinə təhvil veriliblər. Onların Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.