• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2380
— 15.01.2019 13:55

Narkotacirdən 2 kiloqrama yaxın heroin götürüldü

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzovu saxlayıblar. O, 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman tutulub.Əməliyyat tədbirlərinin davamı olaraq Novruzovdan satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.İstintaq tədbirləri davam etdirilir.