• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2398
— 15.01.2019 13:45

DİN gəncin döyülüb öldürülməsi ilə bağlı məlumat yayıb

KepezTV Player

Daxili İşlər Nazirliyi Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb. Cəlilabad şəhəri ərazisindən şəhər sakini 28 yaşlı Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi ilə əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.Faktla əlaqədar cinayət işi başlanılıb. Hadisə yanvarın 13-də baş verib. Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 28 yaşlı Rəcəb Mirzəyev yaralı halda evə gəlib. O, əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.