• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 15.01.2019 13:40

23 yaşlı gənci öldürməkdə şübhəli bilinənlər tutulublar

KepezTV Player

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Yanvarın 11-i saat 16 radələrində paytaxtın Salatın Əsgərova küçəsində 2 nəfər münaqişə zəminində Saatlı rayon sakini 23 yaşlı Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçıblar. Faktla əlaqədar cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Nəcəfovdan heroin də aşkar edilərək götürülüb.