• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 14.01.2019 14:42

Qərb bölgəsində ilk dəfə olaraq GDU-da yenidən hazırlanma təhsil ixtisası fakültəsi fəaliyyət göstərir

KepezTV Player

Bu ixtisasda təhsil alan bakalavrlara öz ixtisaslarına uyğun olaraq pedaqoji diplom verilir.

Artıq 3 ildir ki, Gəncə Dövlət Universtetində Təhsil Nazirliyinin razılığı və universtetin rektorunun əmri ilə yenidən hazırlanma təhsili ixtisası fakültəsi fəaliyyət göstərir. Bakalavr yenidən hazırlanma təhsili almaq üçün ilkin baza təhsili ilə oxumaq istədiyi ixtisas arasında fərqi az olmalıdır.

Zakir Zeynalov - GDU-nin əlavə təhsil fakültəsinin dekanı – “İngilis dili müəllimliyi ixtisası var bizdə ora yalnız Avropa dillərini, birdə ingilis dilini tərcümə qurtaranlar ingilis dili müəllimi ixtisası ala bilir. Yenidən hazırlanma diplomu müstəqil ali təhsil diplomu deyil. Bu ilkin baza təhsil diplomunu tamamlayır. Yəni ilkin diplomla yenidən hazırlanma diplomunu işə girdikdə birlik də təqdim etməlidir”.

Bir illik olan tədris prosesində dərslər ikinci növbədə aparılır və 9 ixtisas üzrə 157 nəfər dinləyici var.

Fəridə Budaqlı - tələbə -“Gəncə Dövlət Universtetinin riyaziyyat infarmatika fakültəsinin tətbiqi riyaziyyat ixtisasını bitirmişəm. Riyaziyyat müəllimliyinə böyük həvəsim olduğu üçün ötən il yenidən hazırlanma təhsil ixtisası fakültəsinə sənəd verdim və burada oxuyuram.Müəllimlərdən çox razıyıq. İstərdim ki, gələcəkdə öz professorlarımız kimi cəmiyyətə layiq professor olum”.

Maarif Abbasov - tələbə - “Şəki şəhər Qaratorpaq kəndindən gəlmişəm. Tarixi bitirmişəm, tarix müəllimliyini əlavə təhsil olaraq seçmişəm. Həvəsimdə tarix müəllimi olmaqdı”.

Tədris ilinin sonunda bakalavr imtahan verir və Təhsil Nazirliyi tərəfindən diplom alır.

 

Elnur Vahidoğlu