• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 14.01.2019 14:37

Gəncədə bu il çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi tam başa çatdırılacaq

KepezTV Player

Gəncədəki çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi bu il tam başa çatdırılacaq. Ölkə başçısının sərəncamına əsasən ayrılan vəsait hesabına ümumilikdə 268 binan dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub ki, artıq bu binaların əksəriyyətində bərpa işləri başa çatdırılıb.  Hazırda şəhərin Mahrasa Bağı və Yeni Gəncə yaşayış massivlərində  davam etdirilən işlərə yekun vuluduqdan sonra çoxmərtəbəli binaların dam örtükləri ilə bağlı mövcud olan problemlər də tamamilə aradan qaldırılmış olacaq. Bununla belə şəhərdaxili avtomobil yollarının asfaltlanması da müxtəlif küçə və prospektlərdə həyata keçirilməkdədir. Çoxmərtəbəli binalarda  yaşayan sakinləri lift problemidə bu il öz həllini tapacaq.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: son bir neçə ildə hardasa 100-dən çox lift quraşdırılmışdır.  Sonuncu dəfə 2013-cü ildə 70 ədəd yeni lift quraşdırılıb. Hal-hazırda Gəncə şəhərində 72 ədəd liftin artıq dəyişdirilməsinə ehtiyyac var. Və bununlada bağlı məsələ qaldırılıb. Və yəgin ki, bu ilin sonuna kimi bu məsələdə öz həllini tapacaq.