• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 14.01.2019 13:18

90 kq istifadəyə yararsız ət aşkarlandı

KepezTV Player

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Balakəndə reyd keçiriblər. Yeni Şərif kəndində yaşayan İlham Lokovun həyətinə baxış zamanı oradan natəmiz vəziyyətdə və istifadəyə tam yararsız olan 90 kiloqram çəkidə ət aşkar edilərək götürülüb. Nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.