• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 14.01.2019 13:10

Bank hesabından külli miqdarda pul oğurlandı

KepezTV Player

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini qadın yanvarın 3-də bank hesabından 5 405 manatının çıxarılaraq oğurlandığını bildirb. Dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə cinayət əməlini törədən şəxs müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov saxlanılıb. Araşdırmalar davam etdirilir.