• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 14.01.2019 13:31

Avtomobil ağaca çırpıldı: 1 ölü, 2 yaralı

KepezTV Player

Şamaxıda ağır qəza olub. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci km də, rayonun Meysəri kəndi yaxınlığında qeydə alınıb. Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkərayevin idarə etdiyi "Mercedes" markalı avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkərayeva hadisə yerində dünyasını dəyişib. Digər sərnişin - İsmayıllı rayon Yenikənd kənd sakini 32 yaşlı Orxan Mirzəyev və sürücü xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.