Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			14.01.2019 10:02		
		Süni intellekt robotlara hərəkət etməyi öyrədir
 
					  				Kaliforniya universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm robotlara hərəkət etməyi öyrədir və bu prosesdə insanın iştirakı tələb olunmur. Tədqiqat zamanı avtonom sistem Minitaur adlı dördayaqlı robota həm ona tanış, həm də tanış olmayan ərazilərdə hərəkət etməyi öyrədib. Bu halda hərəkətin effektivlik göstəricisi üzrə təlim metodu ənənəvi həllərdən heç də geri qalmayıb, bəzən onları üstələyib. Mühəndislərin sözlərinə görə onların texnologiyası istənilən konfiqurasiyalı konkret robot və müəyyən landşaft üçün mükəmməl adaptasiya edilmiş hərəkət sxemlərinin yaradılmasını təmin edir.
- Baxış: 900

