Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bilik yarışı kimya, bialogiya və fizika fənlərindən təşkil edilib. Hər komanda da 8 nəfər olmaqla hər fəndən 5 sual verilib. Şagirdlər onlara verilən sualları 1 dəqiqə ərzində cavablandırıb. Suallar 10 ballıq sistemlə qiymətləndirilib. Yarışın qalibi isə 39 nömrəli orta məktəbin şagirdləri olub.
Nizami Rzayev yarışın təşkilatçısı: “Şəhərimizin 46 orta ümumtəhsil məktəblərinin hər bir şagirdləri qoşulub iştirak etdi. Növbəti mərhələdə 15 və o biri mərhələdə də 15 və digər mərhələdə digər məktəblər iştirak etdi. Onların içərisində komanda şəkilində əvvəlcə 6, sonra 3 indi isə finala bir komanda keçib. Hər üç qrupdan bir komanda yəni 3 komanda fevralın 9-da finalda öz biliyini sınayacaqdı. Son illər şagirdlər arasında humanitar fənlərə maraq çoxdur. Biz də çalışırıq ki, təbiət fənlərinə marağı artıraq”.
- Baxış: 401