• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 12.01.2019 15:48

Şəmkirdə çiyələk əkininə maraq artıb

KepezTV Player

Uzun müddətdir çiyələk yetişdirməklə məşğul olan Şəmkirli fermerlər ilbəil sahələrini genişləndiriblər. Dövlət tərəfindən verilən dəstək əldə edilən gəliri də artırır.

İstehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələk Şəmkir rayonunda əsasən Qədimqala kəndində açıq və istixana şəraitində yetişdirilir. 1 hektara təxminən 5 min ədəd şitil əkən fermerlər məhsuldarlığın yüksək olması üçün aqrotexniki qaydalara tam əməl olunmasını vacib sayır.

Mahir Orucov fermer: Parçalar var Gürcüstandan alıb gətimrişik. 7-8 dərcə marozu saxlayır. Ustünə çəkirik bəs edir. Ondan çox maroz olarsa saxlamır. İstixanada isə 10-15 dərəcə istilik vacibdir.

Hazırda ən çox Türkiyədən gətirilən sortlar əkilir. Bu sortlardan ilboyu məhsul götürmək mümkündür. Təsərrüfatçılar alıcı sarıdan da çətinlik çəkmir. Hazırda çiyələyin bir kiloqramı yerli bazarlarda 10-15 manata satılır.

Eldar Cəfərov fermer: İlin 12 ayı məhsulumuz olur. Düzdür qış mövsümündə bir az az olur. Ancaq yazda yayda məhsul yaxşıdır. Satışda burada yerli bazarlarımızda birdə Bakıya göndəririk. Hətta düşəndə xarici bazarlarada göndərə bilirik.

Əsgər Əsgərov Qədimqala kənd icra nümayəndəsi: Ümumilikdə bizim kəndimizin ərazisində 10 hektardan artıq sahədə çiyələk yetişdirilir. Ondan 5 hektarında İspaniyadan gətirilən yeni bir sortdur. Bu illəri biz o sortdan daha çox məhsul gözləyirik.

İspaniyadan gətirilən çiyələk sortlarının yığımına martdan başlanılacaq. Əgər proqnozlar özünü doğruldarsa çiyələk sahələri bir qədər də genişləndiriləcək.

Natiq Hüseyn