• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 11.01.2019 14:19

Nicat Verdiyev U-19 yığmasına dəvət olunub

KepezTV Player

“Kəpəz”in üzvü Nicat Verdiyev 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət edilib. Verdiyev yığmanın yanvarın 14-dən 20-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün müəyyənləşən siyahısında yer alıb.

Qeyd edək ki, gənc futbolçu U-19 millisinə ilk dəfə çağırılıb.

Bu mövsüm “Kəpəz”in əsas komandasına cəlb olunan Nicat Verdiyev universiallığı ilə seçilən oyunçudur. O, yarımmüdafiənin mərkəzində, cinahlarda və müdafiə xəttində oynamaq bacarığı ilə fərqlənir.

 

Azad Rəfi