• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 11.01.2019 14:03

Buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlər üçün seminar keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə respublikanın ali təhsil müəsisələrinə qəbul imtahanlarında və eləcə də ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərə seminarların keçirilməsinə başlayıb. İlkin olaraq seminarlara 3 min 715 nəzarətçi müəllim cəlb olunub ki, bunlar əsasən Dövlət İmtahan Mərkəzinin nəzarətçi müəllim bazasına yeni daxil olanlar və əvvəlki illərdə imtahanlarda iştirak edib aşağı qiymət alan və təcrübəsi az olan müəllimlərdir. Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsi üzrə təşkil olunan seminarda 121 nəzarətçi müəllim iştirak edib. Seminarlarda müəllimlərə yeni nəzarət mexanizmi, dəyişikliklər və innovativ texnalogiyalardan istifadə ilə bağlı məlumat verilib. Bu il həm də Dövlət İmtahan Mərkəzi tərəfində ilk dəfə olaraq nəzarətçi müəllimlərin sertifikatlaşdırılması da həyata keçiriləcək.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional bölməsinin müdiri: Sertifikatla bağlı müraciət edən nəzarətçi müəllimlər, müəyyən qaydalara  uyğun olaraq ilkin mərhələdə müsahibələrdən keçirilirlər. Onların bütün məlumatları DİM-in sertifikatlaşdırılma bazasına daxil edilir. Müsahibələrdə məqbul qiymət alan keçmiş nəzarətçi müəllimlər növbəti mərhələdə test imtahanlarında iştirak edirlər və onlara ASAN xidmətlə birgə təlim keçirilir. Və yenidən imtahan olunaraq DİM tərəfindən sertifikat verilir. Sertifikat alan müəllimlər, verilən faizlərə uyğun olaraq 2 katiqoriyaya, Avə B katiqoryalarına bölünür. Bu katiqoryalara malik olan nəzarətçilər artıq bütün imtahanlarda iştirak etmək hüququna malik olacaqlar.