• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 11.01.2019 14:06

Media nümayəndələri ADAU-da imtahan prosesini izləyib

KepezTV Player

Mediaturda ictimai nəzarət qrupunun üzvləri də iştirak ediblər. Ayrı-ayrı fənlər üzrə gün ərzində 500&nbsp;tələbənin biliyinin eyni vaxtda yoxlandığı test, yazılı və şifahi imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Test üsulu formasında kompyuterlərlə imtahanların keçirilməsinin təşkili məqsədilə işçi qrupu təşkil edilib. Eyni zamanda fənn müəllimləri, imtahan nəzarətçiləri ilə müvafiq izahat işləri aparlıb. Ümumilikdə 4.500 tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası fevralın 1-dək davam edəcək.<br><br>