• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 11.01.2019 11:01

Huawei Honor V20 flaqman smartfonunu təqdim etdi

Huawei şirkəti Çində özünün 2019-cu ildə ilk flaqman smartfonunu təqdim edib. Honor V20 (View 20) boşluqlarla dolu ekran, 28 meqapiksellik əsas kamera və 25 Mp qarşı kamera ilə komplektləşir. Onu işə salan isə Kirin 980 prosessorudur. Displey rolunda 6,4 düymlük LCD panel çıxış edir. Modeldən asılı olaraq aparat 6 və ya 8 qiqabayt operativ, 128 ya da 256 QB daxili yaddaşla təmin olunur. Barmaq izlərini tanıyan skaner arxa paneldə yerləşdirilib. Batareya həcmi 4000 mAs-dır. Artıq Çində onun satışına başlayıblar: 435 və 510 dollara. Yaxın vaxtlarda Honor V20-ni beynəlxalq bazarda görmək mümkün olacaq.