• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 11.01.2019 10:02

BMW M5 Akrapovic şirkətinin titan eqzoz sistemilə belə səs çıxardı

Akrapovic şirkəti BMW M5 sedanının gücləndirilmiş versiyası üçün titandan eqzoz sistemi hazırlayıb. İdmansayağı sistem 9,4 kiloqramdır. Bu da standartdan 40 faiz yüngüldür. O, mexaniki yolla düzəldilən karbon borularla təchiz olunub. Yenilik motora 11 at gücü və 21,3 Nm əlavə edir. Bununla yanaşı smartfonla idarə olunan və səsi tənzimləyən sistem də sifariş etmək olar. Eqzoz sisteminin quraşdırılması 2 saat çəkir. Dəyəri isə təxminən 8 min avrodur.