• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 10.01.2019 18:07

Şəmkirdə avtomobil aşıb, iki nəfər ölüb

KepezTV Player

Bu gün saat 16:30 radələrində Şəmkir-Kür qəsəbə avtomobil yolunun Yeniabad kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Şəmkir sakini 22 yaşlı Nüsrət Rzazadə “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, nəticədə maşın aşıb. Qəzadan sonra ağır bədən xəsarətləri alan sərnişin 33 yaşlı Raul İsazadə hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə yaralı halda xəstəxanaya yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb. Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsində qəzanın səbəbləri araşdırılır.