• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 10.01.2019 13:58

Ağır qəzada 3 nəfər öldü

KepezTV Player

Quba-Xaçmaz yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. 2 maşının toqquşması 3 nəfəri ölməsi ilə nəticələnib.Deformasiyaya uğrayan “VAZ 21 010” markalı minik avtomobilində  sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Yaralanan digər iki nəfər isə təcili-tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yolda sərnişinlərdən biri də dünyasını dəyişib. Hazırda yaralı olan 40 yaşlı Ramin Seyidəhmədov xəstəxanada müalicəsini davam etdirir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.