• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 10.01.2019 13:45

Ticarət mərkəzi yandı

KepezTV Player

Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın hadisəsi baş verib. Səhər saatlarında baş verən yanğın bir neçə satış məntəqəsini külə döndərib.

Yanğın nəticəsində ətrafdakı bir neçə mağazaya ziyan dəyib. Yanan mallar əsasən geyimlər və texniki avadanlıqdır.Yanğından mühafizə bölmələri alovun genişlənək ətraf ərazilərə yayılmasının qarşısını alıbş. Sakinlər isə onlara ümumilikdə 100 min manata yaxın zərər dəydiyini deyirlər.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində  qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.