• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1485
— 09.01.2019 14:20

Polis marifləndirici tədbirlərini davam etdirir

KepezTV Player

Göygöldə də polisin məktəblilərlə görüşü olub. “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici söhbət aparılıb. Narkomaniyanın fəsadları, sağlam həyat tərzinin vacibliyi, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə barədə məlumat verilib. Narkomanlığın cinayətkarlığın artmasına da səbəb olduğu vurğulanıb. Ekən nigahın fəsadlarından da söz açılaraq gənc qızların vaxtından əvvəl ailə həyatı qurmasının məğbul hesab edilmədiyinə diqqət çəkilib. Qızların məcburən nikaha daxil olma halı valideynlər tərəfindən törədilən zorakılıq kimi qiymətləndirilib. Görüşdə uşaqların yol hərəkəti qaydalarını mənimsəmələri üçün də praktik söhbətlər aparılıb, bu istiqamətdə valideynlərlə maarifləndirici söhbətlərin davam etdirilməsinin vacibliyinə toxunulub.   

Natiq Hüseyn