• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 09.01.2019 13:40

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib

KepezTV Player

Ağa Neymətulla küçəsində fəaliyyət göstərən dükanın sahibinin məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Reyd zamanı eyni küçədə yerləşən daha bir köşkdə azyaşlılara tütün məmulatları satılması polislər tərəfindən aşkar edilib. Tədbir zamanı Nərimanov rayonu F.Yusifov və F.X.Xoyski küçələri, həmçinin Nizami rayonu Q.Qarayev prossektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrində protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.