• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 09.01.2019 13:23

Ağır qəzada 4 nəfər yaralandı

KepezTV Player

Hacıqabulda  ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistralının 82-ci kilometrliyində rayonun  Atbulaq kəndi ərazisində qeydə alınıb. Şirvan şəhər sakini Elman Muradovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq öncə dayanacağa çırpılıb, daha sonra isə o yol kənarındakı çalaya düşüb. Nəticədə sürücüsü və sərnişinləri - Bakı şəhər sakinləri,  52 yaşlı Vüsalə Bəbirova, 26 yaşlı Əfsanə Quliyeva və 25 yaşlı Xəyal Poladov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Göytəpə şəhəri ərazisində 31 yaşlı Nuru Babazadəni maşın vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Kürdəmirdə də yol qəzası baş verib. Bakı-Qazax magistralının 189-cu kilometrliyində Ucar istiqamətində hərəkətdə olan, Kəlbəcər rayon sakini 35 yaşlı Sərxan Məmmədovun sürdüyü “Kamaz” idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəqliyyat vasitəsinə yüklənmiş mişar daşları yola dağılıb. Sürücü hadisəyə səbəb kimi arxadan gələn digər yük maşınının onu  sıxışdırmasını göstərib. Həmin avtomobilin sürücüsü isə hadisənin baş verdiyini görərək oradan uzaqlaşıb. Qəza nəticəsində yüngül xəsarətlər alan Sərxan Məmmədov Kürdəmir rayon Mərkəzi  xəstəxanasına aparılıb.

Qəzalarla bağlı araşdırmalara başlanılıb.