• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 09.01.2019 13:31

Evdə partlayış olub, 3 nəfər ölüb

KepezTV Player

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış olub. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 63 yaşlı Aydın Məmmədov, 57 yaşlı Xuraman Məmmədova və 28 yaşlı Aygün Məmmədovanın meyitləri aşkar edilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayış baş verən evin qonşuluğunda yerləşən evlərin üz qatına da ziyan dəyib. Partlayışın gücündən qapı və pəncərələr yerindən çıxıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayışın baş verdiyi qeyd olunur.