• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 09.01.2019 10:01

Düz divara tərs dırmaşan robot hazırlandı

Rolls Royce yalnız avtomobil istehsal etmir. Şirkətin məhsulları arasında reaktiv mühərriklər də var. Reaktiv mühərriklərinin baxımı üçün isə, bu sevimli robotları hazırlayırlar. Şirkətin iyul ayında verdiyi elanda, reaktiv mühərriklərində çox çətin yerlərdə təmir əməliyyatları etmək üçün hazırlanan robotlar təqdim edilmişdi.

Harvard universitetinin bir qrup alimi Rolls Royce üçün yeni bir mikro robot hazırlayıb. Bu yeni robot böcəkdən çox sürünənlərə bənzəyir. HAMR-E (Harvard Ambulatory Micro Robot with Electroadhesion) olaraq adlandırılan bu robot, hər hansı bir səthə istənilən istiqamətdə dırmaşa bilir. Buna tərs olaraq gedə bilmək də daxildir. Elastik ayaqlara sahib olan robotun dırmaşması, xüsusi hazırlanmış yerimə alqoritmindən qaynaqlanır. Ayaqlarındakı elektrik sahəsini istifadə edərək səthlərə yapışan bu robot, düşməməsi üçün eyni anda ən çox bir ayağı havada olacaq formada getməyə proqramlaşdırılıb.

Xüsusi hazırlanmış oynaqlar isə, robotun sərbəst şəkildə hərəkət edə bilməsini və bədənini çevirə bilməsini təmin edir.