• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 09.01.2019 10:02

Honda körpələri sakitləşdirən yastıq hazırladı

Hondanın Yaponiya ofisindən olan bir qrup dizayner yumşaq oyuncaq hazırlayıb. O 37 fərqli avtomobilin motor səsini çıxarda bilir. Yaradıcıların ideyasına görə açıq qırmızı rəngli yumşaq maşın uşağı sakitləşdirə və yatızdıra bilir. Sound Sitter oyuncağı sübut edib ki, körpələr ana bətnində hansı səsdə yatırdılarsa dünyaya gələndə də həmin səslə yuxuya gedirlər. Çox zaman bu aşağı tezlikli – məsələn ürək və qan dövranı səsi olur. Hondanın da bir neçə modeli məhz belə səs tezliyindədir. Söhbət Type R, S2000 və NSX avtomobillərindən gedir. Daxili dinamiklərlə təmin olunan oyuncaq maşın məsafədən smartfonla idarə olunur.