• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 09.01.2019 10:01

Robotlar üçün yeni süni intellekt çipi təqdim olunub

Qrafik sürətləndiricilər və prosessorlar üzrə dünyanın aparıcı istehsalçılarından biri olan ABŞ şirkəti NVIDIA robotların idarə edilməsi üçün nəzərdə tutulmuş Jetson AGX Xavier adlı süni intellekt modulunu təqdim edib. Modul son dərəcə yığcam və qənaətcildir: ovucun içərisinə yerləşir və 10 vatt enerji sərf edir. Sözügedən çip ən azı 6 prosessorla təchiz edilib. Bu da həmin çipə bir çox süni intellekt funksiyalarını yerinə yetirməyə imkan verir. Saniyədə 30 trilyon əməliyyat həyata keçirə bilir. Çipin qiyməti 1099 dollardır.