• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 08.01.2019 13:50

15 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 3 fakt üzrə çəkisi 15 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb.

Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Həbib Məmmədzadəni saxlayıblar. Üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkarlanıb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.