• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 07.01.2019 14:53

Gəncədə qida zəhərlənmələri ilə bağlı müraciətlərin sayı artıb

KepezTV Player

Qış aylarında özümüzü soyuqdan qoruduğumuz kimi necə gəldi və nə ilə qidalanmağımıza da diqqət etməliyik. Söhbət yayda tədarük olunan, ev şəraitində hazırlanan tutmalardan gedir. Soyuq aylarda qida zəhərlənmələrinin əsasını təşkil edən belə konservləşdirilmiş məhsullar müəyyən gigiyenik qaydalara əməl olunmadan və düzgün qablaşdırılmadan hazırlandıqda insan sağlamlığı üçün ağır fəsadla yol açır və bəzən ölümlə də nəticələnir. Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında son bir neçə ayda qeydə alınan qida zəhərlənmələri ilə bağlı müraciətlərin sayının artması da yuxarıda qeyd edilənlərə əməl edilməməyin nəticəsi olaraq qiymətləndirilir. Ürək bulanma, qusma və ishal kimi hallar zəhərlənmənin əsas əlamətləri hesab edilir. Diqqətli olmağımız gərəkən məqamları isə həkim izah edib.