• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2303
— 07.01.2019 10:02

Bu dron həm havada, həm də suda işləyir

ABŞ-da hazırlanmış Naviator adlı dron, həm havada, həm də suda istifadə edilir. Texnologiyanın son möcüzələrindən biri olan dronlar, son dövrdə bazar payını böyük nisbətdə artırıb. Hələ inkişafı davam edən dronlar artıq yalnız havada deyil, suda da istifadə edilə bilir.

Video çəkilişləri xaricində yanğın söndürmə fəaliyyətləri, inşaat sahəsində məhsul daşınması kimi bir çox işi görən dronların bazar payının, Goldman Sachs Research göstəricilərinə görə 2016-2020-ci illər arasında 100 milyard dolları aşması gözlənilir. Dron sənayesində iş sahələrini genişlədəcək və bazar payına böyük qatqı təmin edəcək suda və havada gedə bilən dron, ABŞ-da Rutgers Universitetində bir texnologiya qrupu tərəfindən hazırlandı.

Universitet tələbələrindən ibarət olan qrup tərəfindən hazırlanmış drona Naviator adı verildi. Həm sualtında, həm də havada istifadə edilə bilən dronun sudan havaya və havadan suya keçişləri olduqca stabil işləyir.