• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 05.01.2019 15:40

Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva “Vergani Cup” şahmat festivalında iştirak edir

KepezTV Player

Yarış İtaliyanın Villorba şəhərində keçirilir. Fətəliyeva Apennin yarımadasındakı turnirdə ölkəmizi təmsil edən yeganə iti zəka sahibidi. 6 turdan sonra 2 qələbə, 2 məğlubiyyət və 2 heç-heçə edən 22 yaşlı şahmatçı aktivinə 3 xal yazdırıb. Bu nəticəylə Ülviyyə 42 iştirakçı arasında 25-ci sıradadı. 7-ci turda isə gəncəli şahmatçının rəqibi alman Lev Yankeleviç olacaq. İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdi.

Orxan Cəfərzadə