• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 05.01.2019 15:20

Bu il Samuxda 600 ha əraziyə şəkər çuğundurunun əkini üçün sahələrin şumlanmasına başlanılıb

KepezTV Player

Artıq 220 ha-da işlər başa çatıb, şumaltı gübrələr verilir. Rayonda şəkər çuğunudurunu əkmək üçün 110 mülkiyyətçi ilə İmişli Şəkər Zavodu müqavilə bağlayıb. Mövcud olan 15 texnika isə mülkiyyətçilərin işini daha da asanlaşdırır. Ötən il Samuxda 530 ha ərazidə şəkər çuğunduru əkilib və 180 mülkiyyətçi ilə müqavilə bağlanılıb. Əkilən şəkər çuğundurunun hektardan orta məhsuldarlığı 45 ton olub və ümumilikdə 24 min ton məhsul təhvil verilib. Bunun müqabilində mülkiyyətçilər əkdikləri şəkər çuğundurunun hər hektarından 1000-1500 manat gəlir götürüblər. Məhsuldarlığın çox olması samuxlu fermerləri daha da həvəsləndirib və bu il daha çox şəkər çuğunduru əkilir. Martdan isə səpin işlərinə başlanılacaq.

Şaiq Nəcəfov aparıcı aqranom:  Ötən il məhsul yaxşı olduğu üçün bu il mülkiyyətçilər daha çox müqavilə bağlamaq istəyir. Buna görədə müraciətlər çoxdu. Hər hektara 1234 manat pul verilir. Bunun içində yer şumlanmasıdır, kubrəsidir, toxumudur, suvarmasıdır, yığımı daxildir. Sonda şirkət hesablayır və pulu götürdükdən sonra qalan qazancı mulkiyyətçiyə verir. 

Əkrəm Qədirov mexanizator:  “Günə 5-6 hk torpaq şumlayırıq.Havanın xoş keçməsi yaxşıdır ki, işləyə bilirik. Texnikalarımız saz vəziyyətdədir. Nəyə də ehtiyac olur şirkət tərəfindən hamısı verilir.