• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 04.01.2019 13:13

Top mərmisi tapıldı

Göygöl rayonunda top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları Dozular kəndi ərazisində əkin sahəsinə baxış keçiriblər. 1 ədəd 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.