• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 04.01.2019 12:27

Həyətdən avtomobil oğurlanıb

KepezTV Player

Tovuz sakininin avtomobili oğurlanıb. Rayonun Abılbəyli kənd sakini Qabil Bayramova məxsus "Mercedes" markalı nəqliyyat vasitəsini gecə saatlarında həyətindən aparıblar. Maşın sahibi dərhal Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə müraciət edib. Bundan sonra Tovuz rayon Polis şöbəsinin əməliyyat qrupu hərəkətə keçib. Axtarış zamanı oğurlanan maşın Gədəbəy rayonun Slavyanka kəndi ərazisindən tapılıb. Cinayəti törətməkdə şübhəli bilinən əvvəlllər məhkum olunmuş Elnur Mehtiyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qabil Bayramov - avtomobilin sahibi: Ay qardaş bax oaradan düşüb. Qapını arxasından açıb. Sonrada maşını itələyib. Həyətdən çıxarıblar. Sonrada sürüb çıxıb gediblər. 

 

Natiq Hüseyn