• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 31.12.2018 14:47

Gəncədə avtomobillərə qənim kəsilən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncədə avtomobillərin ehtiyyat hissələrini oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Həmin  şəxslər son bir neçə ay ərzində şəhər ərazisində 40-dan çox cinayət törədiblər. Silsilə oğurluqlar edənlərin kimliyi barədə əməkdaşımız Natiq Hüseynin hazırladığı videomaterialda tanış olacaqsız.

Gəncə şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşayan Mayıl Həsənov tanışı Xəlil Qarayevlə qabaqcadan əlbir olub qrup təşkil edərək gecə saatlarında şəhərin müxtəlif ərazilərində avtomobillərin ehtiyyat hissələrini oğurlayıblar. Əldə etdikləri qəniməti müxtəlif ünvanlarda tanımadıqları şəxslərə satan ”qərhrəmanlar” qazanclarını kef məclislərinə xərcləyiblər. Bu minvalla xeyli sayda nəqliyyat vasitəsinin ehtiyyat hissələrini və qiymətli əşyalarını oğurlayıblar. Amma son nəticədə polisdən qaça bilməyiblər.

Adil Əliyev Kəpəz rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini: Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Kəpəz və Nizami rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisində avtomobillərdən silsilə oğurluqlar edən şəxslər Həsənov Mayıl Şahin oğlu və Qarayev Xəlil Mehman oğlu tərəfimizdən  saxlanılıb. Onların ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindən 40 avtmobildən akkumlyator  maqintofon və səs gücləndirici və sairə əşyalar oğurladığı müəyən edilib.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini səmimi etiraf ediblər. Xəlil Qarayev oğurluq zamanı yalnız gözətçi mövqeyində dayandığını desə də, əldə etdiklərini bigə satdıqlarını inkar etməyib.

 Xəlil Qarayev saxlanılan şəxs: Mayılla gedirdik. Mən qıraqda gözləyirdim. Qapını açırdı. Sonrada kömək edirdim maqnitafonu goturub çıxıb gedirdik. Mal bazarındada satmışıq. Nə bilim tanımadığımız taksi sürücüsünədə satmışıq.

Xəlil Qarayevin cinayət ortağı: Mayıl Həsənov həmkarı ilə həmfikir olub. O oğuluqda əsas hədəf kimi sovet istehsalı olan avtomobilləri seçdiklərini deyib.

Mayıl Həsənov saxlanılan şəxs: Akkumlyator  maqnitafon və kalonka oğurlayırdıq. VAZ2107, 2106, 21011 markalı maşınlardan götürürdük. Dostum Xəlillə oğurlayıb aparıb satırdıq. Maşının qapısını vint açanla açırdıq. Səs gücləndircisi olana maşının isə əvvəlcə farlarını söküb səsgücləndircinin naqilini sökürdük. Sonrada maqnitafon və kalonkanı götürürdük.

Hazırda hər iki şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Saxlanılan şəxslərin əməlindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.

Natiq Hüseyn