• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 29.12.2018 15:20

Gediş-gəlişi asanlaşdıracaq yeni qatar Gəncədə coşqu ilə qarşılanıb

KepezTV Player

Bu gün Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarı Gəncə stansiyasına çatıb. Sabahdan sərnişinlər 4 saat 28 dəqiqəyə Bakıya eləcədə Bakıdan Gəncəyə tez və  rahat gedə biləcəklər

Gəncə stansiyasında Bakı-Gəncə-Bakı sürət qatarının ilk sərnişinlərini şəhər rəhbərliyi qarşıladı. "Stadler" şirkətinin istehsalı olan bu qatar 159 kilometr/saat sürətlə hərəkət edir. Qatar Biləcəri, Yevlax və Goran stansiyaların da dayanır. Sərnişinlər mənzil başına çatmaq üçün VIP və biznes sinif vaqonlardan istifadə edə bilirlər.

Dörd vaqondan ibarət olan sürət qatarında 367 yer var.  Sərnişinlər bu yerləri əldə etmək üçün dəmir yol vağzalının kassasından internet onlayn qayda da əldə edə bilərlər.

Sürət qatarının Gəncə stansiyasına gəlişi ilə bağlı hazırlanan tədbirin rəsmi hissəsin də Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsindən danışılıb. Həmçinin əhalinin sosial sifarişinin ödənməsinə hesablanan bu əməli işin müstəsna əhəmiyyət kəsb edildiyi də vurğulanıb.

Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Sərnişinlərin tez və rahat mənzil başına çatması isə onların işini daha da asanlaşdıracaq.

Tədbirin bədii hissəssində Gəncənin eləcəcə paytaxt Bakıdan gələn Respublikanın tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səslənib.

Elnur Vahidoğlu