• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 28.12.2018 16:44

Gəncədə dörd avtomobil toqquşub, yaralılar var

KepezTV Player

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən iki “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillərə çırpılıb. Nəticədə “VAZ 2107”-də olan Gəncə şəhər sakinləri - 57 yaşlı Malik İsmayılov, həyat yoldaşı 50 yaşlı Aygün İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Lənkəran rayon sakini, 41 yaşlı Qurban Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha bir qəza İmişli şəhərinin H.Əliyev prospektində olub. "VAZ-2106" markalı avtomobillə rayonun Yalavac kənd sakini, 50 yaşlı Valeh Mehdiyevin idarə etdiyi Motosiklet toqquşub. Nəticədə ağır kəllə-beyin travması alan Mehdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasının dəyişib. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu