• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 28.12.2018 14:33

ADAU-da imtahanlara ictimai və tələbə nəzarət qruplarının üzvləri ilə görüş keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində imtahanlara ictimai və tələbə nəzarət qruplarının üzvləri ilə görüş keçirilib. Məqsəd payız semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin ictimaiyyət nümayəndələri, eləcə də təhsil alan tələbələr üçün açıq olmasını təmin etməkdir. İmtahan sessiyasının valideynlər, ictmiaiyyət nümayəndələri, mətbuat, bütövlükdə cəmiyyətin hər bir üzvü üçün açıq olunduğu vurğulanıb, qrup üzvlərinə universitet həyatında fəal iştirak etmələri tövsiyə edilib. Qrup üzvləri ilə fəaliyyət planı müzakirə edilib, gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılıb.