• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 28.12.2018 14:30

Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada “Qış nağılı” adlı tədbir keçirilib

KepezTV Player

Sağlamlıq imkanları məhdud olan şagirdlərin də təhsil aldığı Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı “Qış nağılı” adlı tədbir keçirilib. Burada şagirdlərə Təhsil nazirliyinin xüsusi proqramına əsasən dərslər keçilir, gündə iki dəfə qidalanırlar. Bayram tədbirində musiqili kompozisiya, cizgi filmlərinin personajları şənlik iştirakçılarında xoş ovqat yaradıb. Səhnəciklər, oynaq mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib. Balacaların ifasında yeni il səhnəcikləri maraqla qarşılanıb. Uşaqlar Şaxta baba obrazlarını canlandıraraq, şənliyi daha da yaddaqalan ediblər. Sonda şagirdlər üçün bayram süfrəsi açılıb.

Təranə İmanova - valideyn – “Övladım internat tipli gimnaziya məktəbində oxuyur, təhsil alır. Əqli inkişafda geriləmə var idi, zəif idi. Tədbirlərdə yaxşı iştirak edir, müəllimlərdən çox razıyam. 

Elnur Vahidoğlu