• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2064
— 28.12.2018 14:26

Qərb bölgəsinə ilk qar yağıb

KepezTV Player

Ötən gün axşam saatlarından başlayaraq qərb bölgəsinə ilk qar yağıb.  Gəncə Regional Hidreometeorologiya müəssisəsindən verilən məlumata görə, qar Daşkəsən rayonunda 12-15 sm, Gədəbəydə 15-20 sm, Gəncənin Hacıkənd qəsəbəsində isə 5-10 sm təşkil edib. Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumata görə, bir neçə saatdır yağan qar rayon mərkəzi ilə kəndlər arasındakı yollarda ciddi problemlərə yol açmayıb. Əhaliyə mavi yanacağın, elektrik enerjisinin və suyun verilişində fasiələrə yaranmayıb. Aidiyyatı qurumlar Daşkəsən-Gəncə avtomobil yolunun qardan və buzdan təmizlənməsini, eləcə də hərəkətin intensivliyinin təmin edilməsi üçün səhər saatlarında duz qum qarşığı səpilib.

Eldar Quliyev – sürücü: “Həmişə gördüyümüz qardır. Revzin təkərlərdən istifadə etmək lazımdır ki, yolda qalmayasan. Qış təkərləri ilə səhərdən yollardayam narahatçılqı yoxdur. Səhərdə yola qum-duz səpdilər pis deyil yolda hərəkət”

Nüsrət Vəliyev – Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə: “Bütün yollar açıq vəziyyətdədir, kəndlərlə əlaqə var. Rayon ərazisində heç bir kəndlər,qəsəbə ilə yol problemimiz yoxdur. Daşkəsən şəhərində 24 saat suyun, qazın və işığın verilməsi təmin olunur. Qışa hazır vəziyyətdəyik, ən güclü qar olsa belə biz onun öhtəsindən gələcəyik”.