Əlamətdar bayramlar münasibətilə Samuxun Əhmədbəyli kəndində tədbir təşkil olunub. Kənd uşaq bağçasıda bu il əsaslı şəkildə yenidən qurularaq balacaların ixtiyarına verilib. Hazırda bağçanın iki qrupunda 40 uşaq tərbiyyə alır. Burada uşaqların təlim tərbiyyəsinin yüksək səviyyədə təşkili üçün normal şərait yaradılıb. Bağçanın yeniyetmələri vətənə, xalqa və dövlətə aid şerlər səsləndirib, nəğmələr oxuyublar. Yeni il atributları olan Şaxta baba və Qar qız balacaların bayram əhval ruhiyyəsini yüksəldərək onlara hədiyyələr təqdim olunub.
Şəms Məmmədbəyova - Əhmədbəyli kənd uşaq bağçasınının müdiri: Samux rayonu Əhmədbəyli kənd uşaq bağçası günün tələblərinə tam cavab verir. Bizdə rəqs məşğələ otaqları var. Bu şəraitdən maksimum yararlanmağa çalışırıq. Əsas məqsədimiz gələcyə savadlı və tərbiyyəli övladlar yetişdirməkdir.
Natiq Hüseyn
- Baxış: 744