• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 28.12.2018 12:57

Toyda döyülmə hadisəsi olub

KepezTV Player

Gəncədə Vəli Xuluflu küçəsində yerləşən şadlıq sarayında döyülmə hadisəsi baş verib. Həmin sarayda videooperatorun köməkçisi işləyən Ülvi Musayev toy mərasiminin qonağı tərəfindən hələ ki, məlum olmayan səbəbdən döyülüb. Nəticədə o, üzündən və başından xəsarət alıb. Musayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Tibbi yardımdan sonra ambulator müalicəyə cəlb olunub. Fakt araşdırılır.