• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 28.12.2018 12:35

70 yaşlı kişinin meyiti evində aşkarlanıb

KepezTV Player

Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb. Rayonun Qaşqaçay kəndində anadan olan Tofiq Hüseynovun meyiti kirayədə yaşadığı Qax şəhəri, H.Əliyev prospekti, ev 43 ünvanında tapılıb. Hüseynovun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.