• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 27.12.2018 13:40

Maşın beton lövhəyə çırpıldı, sürücü ağır yaralandı

KepezTV Player

Kürdəmirdə yol qəzası baş verib. Rayonun Çöhranlı kənd sakini 29 yaşlı Asim Hüseynov dördyol adlanan ərazidə “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın yol dairəsinin beton lövhəsinə çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olduğundan onu reanimasiya şöbəsinə köçürüblər. Hadisəyə səbəb avtomaşının sürət həddini aşması göstərilir. Faktla bağlı araşdırma aparılır.