• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 27.12.2018 13:39

Kütləvi davada gənc bıçaqlandı

KepezTV Player

Bakıda,Binəqədi rayonu ərazisində kütləvi dava baş verib. Dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub. Nəticədə Bakı şəhər sakini, 19 yaşlı Ülvi Səfərli bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.